İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya gedənlər azalıb, gələnlər qat-qat artıb

1506 15.10.2014 13:52 Son xəbər A A
Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar gücləndikcə, rubl sürətlə dəyərini itirdikcə, əmək miqrantı kimi Rusiyada məskunlaşan və kiçik bizneslə məşğul olan azərbaycanlıların ölkəyə dönüşü güclənib. Müflis olan azərbaycanlılar artıq vətənə dönməyə başlayıb. Bu barədə İstiqlal.az-a Bakı hava limanındakı mənbələr məlumat verib.

Mənbə deyir ki, Rusiyaya uçuşlar artıq rentabelli sayılmır: “Getmək istəyənlər əhəmiyyətli dərəcədə azalıb. Əvəzində isə Rusiyadan Bakıya uçmaq istəyənlərin sayı günbəgün artır. Təlabatın artdığını görən AzAL rəhbərliyi qiymətləri bahalaşdırmağa qərar verib”.
Məlumatı rəsmi mənbələr də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrda hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, bütövlükdə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR