İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya casusluq edən Yunanıstan vətəndaşı saxlanılıb

396 19.12.2022 12:55 Ölkə A A

Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra” dəstəsinin əməkdaşları Rusiyaya casusluq etməkdə şübhəli bilinən 39 yaşlı Yunanıstan vətəndaşını saxlayıb.

AZƏRTAC “Kronen Zeitung” qəzetinə istinadla xəbər verir ki, saxlanılan Rusiya əsilli Yunanıstan vətəndaşının Vyana ətrafında yerləşən evində axtarış aparılıb. Onun Rusiya Baş Kəşfiyyat İdarəsinin bir zamanlar Almaniya və Avstriyada diplomat işləyən sabiq əməkdaşının oğlu olduğu bildirilir.

Avstriya Dövlət Təhlükəsizlik Xidməti şübhəlinin müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə təmaslarını qeydə alıb. O, həmçinin dövlət sirrini açmaqda şübhəli bilinir. Saxlanılan şəxsin evində aparılan axtarış zamanı dinləmə cihazları, bir neçə mobil telefon, notebook və planşet aşkarlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR