APA-nın məlumatına görə, onlar pulu Türkiyədən gətirirmiş. İstanbul-Moskva reysi ilə gələn dörd sərnişin ümumilikdə dörd çemodan və 4 yol çantasında 14,5 milyon dollar və 4,12 milyon avro pulu qanunsuz yolla gətirmək istəyərkən saxlanıblar. Saxlanan şəxslərdən üçü Azərbaycan, biri İran vətəndaşıdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.






