İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyapərəst Le Pen Avropa Birliyini irlandiyada vətəndaş müharibəsi törətmək istəməkdə ittiham edir

556 04.02.2019 00:31 Son xəbər A A

“Avropa Birliyi “Breksit”lə bağlı şərtləri ilə İrlandiyada vətəndaş savaşı çıxarmaq istəyir”.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Fransanın Kremlə yaxın siyasətçilərindən, millətçi və Avropa Birliyi əleyhdarı “Milli Birik” partiyasının lideri Marin Le Pen yerli BFMTV kanalına söyləyib.

“Avropa Birliyi bu cür mövqe ilə İrlandiyada mövcud olan münaqişəni yendiən bərpa etməyə və alovlandırmağa çalışır”, - deyə Le Pen fikrini davam etdirib.

Fransız siyasətçinin fikrincə, AB-nin əsas məqsədi ayrılığın Böyük Britaniya üçün daha ağır keçməsindən ibarətdir, lakin bu, Böyük Britaniyadan daha çox Birliyin özü üçün ağrılı olacaq.

Xatırladaq ki, keçən həftənin ikinci günü Böyük Britaniya parlamenti “Breksit”lə mövqeyini ifadə edərək baş nazir Tereza Meyə Avropa Birliyi ilə danışıqların növbəti raundu üçün dəqiq proqram tərtib edib. Parlament deputatları bir daha AB ilə sazişi indiki formada dəstəkləməyəcəklərini bildərsələr də, Birlikdən hər hansı anlaşma olmadan çıxmağın əleyhinə olduqlarını vurğulayıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR