İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “Zvezda” telekanalı Azərbaycana qarşı etdiyi təxribatı aradan qaldırıb

2124 30.01.2016 21:16 Son xəbər A A
Rusiya Müdafiə Nazirliyinin  “Zvezda” rəsmi telekanalı Azərbaycana qarşı etdiyi təxribatı aradan qaldırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, kanalın saytında gedən mətndə düzəliş edilib və "Dağlıq Qarabağ Respublikası" ifadəsi mətndən çıxarılıb.
 
Qeyd edək ki, TV Zvezda kanalı reportajlardan birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
 
Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı RusiyaMüdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR