İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xeyrinə casusluq edən zabit cəmi 3,5 il iş aldı  

496 27.05.2024 16:24 Dünya A A



Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorfda yerləşən üç ali məhkəməsindən biri keçmiş Bundesver kapitanını casusluq fəaliyyətinə və rəsmi sirri pozduğuna görə üç il yarım müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, verilən ittihamda onun könüllü olaraq Rusiya ilə əməkdaşlıq etdiyi vurğulanıb.

İttihamnamədə deyilir ki, 54 yaşlı keçmiş zabit Berlindəki Rusiya səfirliyinə və Bonndakı Baş konsulluğa gedərək  öz xidmətlərini təklif edib. O, Koblens şəhərində Bundesverin maddi-texniki təchizat şöbəsində elektron döyüş üsulları haqqında məxfi məlumat əldə edib. Keçmiş kapitan Bundesverin sərt diskindən məlumatları endirib və Almaniya Hərbi Hava Qüvvələri sənədlərinin fotoşəkillərini çəkib. Casus zabit daha sonra əldə etdiyi materialları Rusiya diplomatik nümayəndəliklərinə təhvil verib.

Təqsirləndirilən şəxs ümumilikdə günahını etiraf edib. Rusiya casusu öz hərəkətini depressiyada olması ilə əlaqləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR