Rusiyanın Ukraynaya hücum tarixi və saatı bəllidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Sun” qəzeti bununla bağlı iddialı informasiya verib.
Qəzetin xəbərinə əsasən, Rusiya sabah - fevralın 16-sı, Bakı vaxtı ilə səhər saat 05:00-da hücuma başlayacaq.
Hücumda 200 mindən çox hərbçinin iştirak edəcəyi gözlənir.
“The Sun” öncə Kiyevdəki hərbi və hökumət mərkəzlərinə aviazərbələr endiriləcəyini bildirib.
Musavat.com






