Xeyli müddətdir Rusiya toy bazarına üz tutan Sərxan Kərəmoğlu artıq yerli müğənniləri də ətrafına yığır.
Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, aparıcı-müğənni “Instagram” hesabından iştirak etdiyi məclisdən paylaşım edib.
Toyların keçirilməsində heç bir məhdudiyyətin olmaması məclisin ab-havasına da müsbət təsir edib. Belə ki, Sərxanla yanaşı müğənni Zemfira İbrahimova və digər azərbaycanlı müğənnilər də həmin məclisdə səhnə alıb.






