İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “təhlükəsizlik yastığı” neçə ilə əriyəcək?

1113 24.04.2020 11:22 İqtisadiyyat A A

Rusiya büdcəsi üçün təhlükəsizlik yastığı hesab olunan Milli Rifah Fondu vəsaitləri neftin indiki qiymətləri şəraitində iki ildən çox müddətdə tamamilə əriyə bilər. Almaniyanın Deutsche Bank ekspertlərinin hesablamalarına görə, Rusiyanın Urals nefti bu qədər müddətdə 15 dollar olarsa, Rusiya “yastıqsız” qala bilər.

Xatırladaq ki, Rusiyanın Maliyyə Nazirliyi MRF vəsaitlərinin yaxın 5-6 ildə ölkə büdcəsinin xərclərini azaltmadan saxlamağa imkan verəcəyini açıqlamışdı. Deutsche Bank-ın hesablamalarına görə, martda Fondun likvid hissəsi 150 milyard dollar olub.

Hökumətin Sberbank-ı Mərkəzi Bankdan almasından sonra bu məbləğ 120 milyard dollara düşür: “Uralsın 15 dollarlıq qiyməti şəriatində bu məbləğ aşağı qiymətdən büdcədə yaranan kəsiri örtmək üçün iki ildən az artıq müddətdə kifayət edər. Əgər Uralsın qiyməti 30 dollar olarsa, bu müddət 3 dəfə artar”.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR