İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin rəhbəri vəzifədən azad edildi

1027 01.12.2024 14:01 Dünya A A

Musavat.com-un əldə etdiyi məlumata görə, Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı general Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb.

Bu qərar Suriyada üsyançı müxalif qüvvələrin 3 gün davam edən uğurlu hücumlarından sonra verilib.

Hücumlar nəticəsində Rusiyanın hərbi qüvvələri ciddi itkilər verib və bəzi bölmələr mühasirəyə düşüb. Hazırda yüzlərlə rusiyalı döyüşçünün itkin olduğu bildirilir.

Sergey Kiselin əvvəllər Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı uğursuz əməliyyatlarına görə vəzifəsindən azad edilərək Suriyaya göndərildiyi vurğulanır.

General Kiselin yerinə Moskva 2017-2019-cu illərdə Suriyada hərbi qruplaşmalara rəhbərlik etmiş Aleksandr Çaykonu təyin edib. Bundan əlavə, Tartu şəhərindəki Rusiya hərbi-dəniz bazasına Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Aleksandr Moiseyev göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR