İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Suriyadakı bazalarına PUA-larla hücum edənlərin kimliyi məlum oldu

1755 09.01.2018 14:41 Dünya A A

Suriyada xidməti edən Rusiya hərbçiləri 6 yanvar gecəsi Hemeymim və Tarsus hərbi bazalarına hücum edən əldəqayırma bombalarla silahlanmış 13 PUA ələ keçirmişdilər.

Avropa.info xəbər verir ki, Hmeymidəki aviabazaya və Tarsusda yerləşən hərbi dəniz bazasına PUA-larla hücum edənlərin “Əhrar əş-Şam” müxalif qruplaşması olduğu müəyyən edilib. Bu barədə “Kommersant” qəzeti hərbi mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Rusiya hərbçilərinin PUA-lar üzərində apardığı deşifrə əməliyyatı hücumda bu qruplaşmanın silahlılarının əlinin olduğunu qismən təsdiq edir.

Xatırladaq ki, Rusiya MN 6 yanvar gecəsi müxaliflərin 13 PUA ilə hücumunun qarşısının alındığını bəyan etmişdi. Hadisə zamanı xəsarət alan olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR