İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qırıcı təyyarəsi Amerika təyyarəsinin 5 metrliyində olub

2909 30.01.2016 19:20 Son xəbər A A
ABŞ hərbi qüvvələrinin rəsmiləri Rusiyanın  qırıcı təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsinin 5 metr yaxınlığından keçdiyini bildirərək, bunu təhlükəli insident adlandırıb.

Müdafiə nazirliyinin sözçüsü, ordunun leytenant polkovniki Mişel Baldanza ABŞ hərbi hava qüvvələrinin təyyarəsinin Qara dəniz üzərində uçduğu zaman Rusiya təyyarəsinin pilotunun "təhlükəli və qeyri-peşəkar" rəftarı ilə qarşılaşdığını deyib. 

O, ABŞ hərbi qüvvələrinin insidenti araşdırdığını bildirib.

Müdafiə nazirinin rəsmiəri Amerika mediasına bildirib ki, sağ tərəfdən ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşan Rusiyanın  qırıcı təyyarəsi qəfil sağa əyilərək ABŞ təyyarəsinin idarə olunması üçün təhlükə yaradıb. 

Bu, aprel ayında Baltik dənizi üzərində baş vermiş insidentə bənzər hadisədir. Pentaqon Rusiyanın döyüş təyyatəsinin ABŞ-ın kəşfiyyat təyyarəsinin qarşısına çıxaraq silah nümayiş etdirdiyini bildirib. Moskva təyyarənin pilotunun yanlışlığa yol verdiyini rədd edib ("Amerikanın səsi").
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR