İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qara şəhərləri

713 19.07.2019 19:10 Dünya A A

Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidməti havası çox çirkli olan şəhərlərin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ili əhatə edən hesabatda 22 şəhərin adı var. Bu şəhərlərdə ümumilikdə 5,1 milyon nəfər yaşayır.

Qara siyahıya Abakan, Anqarsk, Barnaul, Bratsk, Çeremxovo, Çernoqorsk, Çita, İrkutsk, İskitim, Kızıl, Krasnoyarsk, Lesosibirsk, Minusinsk, Norilsk, Novokuznetsk, Petrovsk-Zabaykalski, Selenqinsk, Svirsk, Şelexov, Ulan-Ude, Usolye-Sbirskoye və Zima şəhərləri salınıb.

Bu yaşayış məntəqələrində nəhəng sənaye müəssisələri yerləşir.

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin məlumatında qeyd olunur ki, qara şəhərlərin yerləşdiyi şərq bölgəsi zərərli tullantıların parçalanması üçün əlverişsiz zonadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR