Rusiyanın Zabaykalye diyarının Çita rayonunda “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, təyyarə Çitadan 120 km aralıda yerləşən əraziyə düşüb. Qırıcının göyərtəsində iki pilot olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı planlı təlim uçuşu zamanı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb və hər iki təyyarəçi sağdır. İlkin məlumata əsasən, onlar katapulta ediblər.






