“Ukraynadakı müharibə zamanı 9861 rus əsgəri həlak olub”. Ukrayna mediasının məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, bu məlumat martın 20-də “Komsomolskaya Pravda” qəzetinin saytında dərc olunub. Bir gün sonra isə qəzet məlumatları silib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri 9861 nəfər həlak olub, 16153 nəfər yaralanıb”, - məqalədə deyilir.
Web Arxiv xidmətinin məlumatına görə, bu mesaj martın 21-i axşama qədər saytda qalıb. Daha sonra qeyddən itkilərlə bağlı bənd çıxarılsa da, xəbərin orijinal versiyasını arxivdə oxumaq olar.
Qeyd olunur ki, yalnız martın 2-də Rusiya Müdafiə Nazirliyi 498 nəfərin müharibədə öldüyünü açıqlayıb.
Ancaq Ukrayna tərəfinin məlumatına görə, müharibə başlayandan bəri 15 minə yaxın rus əsgəri həlak olub.
![]()
Musavat.com






