İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iri ranqlı məmurları Çernoqoriyanın “qara siyahı”sında – Girişləri qadağan olundu

662 02.06.2017 17:53 Dünya A A

Çernoqoriya hökuməti Donbas və Krım hadisələrində əli olan Rusiya və Ukraynanın yüksəkvəzifəli vətəndaşlarına ölkəyə giriş qadağası qoyub.

Avropa.info xəbər verir ki, Serbiyanın “Blits” qəzeti qadağaların Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü xələl gətirən siyasəti dəstəkləyən şəxsləri əhatə edəcəyini yazır.

Çernoqoriyanın sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini Dmitri Roqozin, Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev, Çeçenistanın dövlət başçısı Ramzan Kadırov, biznesmen Konstantin Malofeyev və “Vahid Rusiya” partiyasının baş katibinin müavini Sergey Jeleznyak da var.

Xatırladaq ki, Çernoqoriyanın xarici işlər naziri Sercan Darmanoviç daha əvvəl bəyan etmişdi ki, Rusiya ölkəsinin daxili işlərinə qarışıb və NATO-ya üzv olmasına maneə yaradıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR