İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iki SU-24 hərbi təyyarəsi İsveçin hava məkanına daxil olub - FOTO

2964 19.09.2014 21:45 Dünya A A
Sentyabrın 18-də İsveçin Öland bölgəsində Rusiyanın iki hərbi qırıcı təyyarəsi  görünməyə başlayıb. Bu ölkədə nəşr olunan “Express” qəzeti bununla əlaqədar Müdafiə və Xarici İşlər Deportamentinə sorğu göndərsə də, əvvəlcə bu barədə heç bir açıqlama verilməyib. 

Ancaq daha sonra Xarici Deportametin başçısı, nazir Karl Bildt bu məsələyə münasibətini həm Twitter hesabında açıqlayarkən, həm də jurnalistlərə müsahibə verərkən bunları deyib: 

“Biz bu barədə həm üzvü olduğumuz AB-ni, həm də NATO-nu məlumatlandırmışıq”. 

Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Departamentinə çağırılaraq, ona İsveç dövlətinin rəsmi notası çatdırılıb. 

NATO ekspertləri bildirirlər ki, Rusiyanın istehsal etdiyi SU-24 qırıcı təyyarələri  əvvəllər Əfqanıstanda, Cənubi Osetiyada və Çeçenistanda bombardman məqsədi ilə istifadə olunub.
 
Rusiya hərbi təyyarələrinin İsveçin hava məkanını pozması barədə məlumatlar bir qədər sonra bu ölkənin Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR