RUSİYANIN ERMƏNİSTANDAKI QÜVVƏLƏRİ MÜHARİBƏYƏ HAZIRLAŞIR
Danışıqlarda birləşmiş hərbi qüvvələrdən və vasitələrdən istifadənin planlaşdırılması məsələləri nəzərdən keçirilib. Daha sonra general Gerasimovla Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında ayrıca görüş olub. Dünən isə V.Gerasimovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Ermənistandakı 102-ci bazaya baş çəkdiyi xəbər verilirdi.
V.Gerasimov İrəvanda bildirib ki, Rusiya Silahlı Qüvvələrinin həqiqi hərbi xidmət keçən hərbçiləri hərbi əməliyyatlarda iştirak etməyəcək. Hərbi əməliyyatlarda ancaq müqavilə əsasında xidmət keçən hərbçilər iştirak edəcək.
Lragir.am saytı qeyd edir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin bu açıqlaması müəmmalıdır. Belə ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında müqavilə əsasında xidmət keçənlərin sayı artırılır, həqiqi hərbi xidmət keçənlərin sayı minimuma endirilir.
“Bu, o deməkdirmi ki, Ermənistan istiqaməti Rusiya üçün mümkün hərbi əməliyyatlar teatrıdır?” - deyə erməni saytı sual edir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu də Ermənistana səfər edib. Bu səfər zamanı Ermənistanla Rusiya arasında hərbi-texniki, habelə birgə silah və hərbi texnika istehsalı sahəsində danışıqlar aparılıb. Eyni zamanda 102-ci bazanın silahlı qüvvələrinin Ermənistan sərhədləri boyu yenidən dislokasiyası müzakirə edilib. Xəbərlərə görə, 102-ci bazanın qüvvələrinin bir hissəsi artıq Ermənistanın Azərbaycanla sərhədləri boyunca yerləşdirilib.
Bir neçə gün əvvəl 102-ci bazanın tank batalyonunun və xüsusi təyinatlılarının dağlıq ərazilərdə yerləşən poliqonda təlimi başlayıb. Hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu gərginlik artmaqdadır. Həmçinin Ermənistanla sərhəd Qazax-Tovuz istiqamətində erməni qüvvələrinin fəallaşdığı müşahidə olunur.
Azərbaycan Müdafiə Nazirliyinə yaxın qaynaqların yaydıqları xəbərlərə görə, həmin istiqamətdə Ermənistan ordusu öz mövqelərini irəli çəkməyə çalışır və bu məqsədlə istehkam işləri görür. Azərbaycan ordusu isə bu cəhdlərin qarşısını alır. Təmas xəttinin həmin istiqamətinə Azərbaycan ordusunun əlavə qüvvələr cəmləşdirdiyi bildirilir.
Xəbərlərə görə, fevralın 20-də Ermənistan Xankəndi aeroportuna ilk uçuşu həyata keçirməyə hazırlaşır. Həmin gün prezident Serj Sərkisyanın da Qarabağa gələcəyi gözlənilir. Azərbaycan isə Xankəndinə uçan təyyarənin vurulacağı barədə xəbərdarlıq edib. Belə ki, ölkənin Hava Hücumundan Müdafiə qüvvələri yuxarıdan əmr gözləmədən bu təyyarəni vurmaq ixtiyarına malikdir. Bəzi Rusiya ekspertləri hesab edir ki, həmin gün təyyarənin vurulması baş versə, Qarabağda yeni müharibə başlayacaq.