İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın daxili işlər naziri Nemtsovdan sonra istefaya hazırlaşır

3166 04.03.2015 20:27 Dünya A A


Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya DİN-ə yaxın mənbələr bildirib.

Qazeta.ru portalının DİN-ə yaxın mənbələrə istinadən yazdığına görə, nazirin nə vaxt istefaya gedəcəyi dəqiq məlum deyil, konkret tarix göstərilmir.

“Hamı bu istefanın mart ayında baş verəcəyini zənn edir. Kolokoltsev kollegiya iclasından dərhal sonra da istefaya getməyəcək. O, bu qərarını iclasdan iki həftə sonra elan edəcək” - deyə portal DİN-ə yaxın mənbədən dəqiqləşdirib.

V.Kolokoltsevin varislərindən biri kimi Viktor Zolotovun adı hallanır. 2000-2013-cü illərdə Rusiya prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş V.Zolotov hazırda DİN Daxili Qoşunların komandanıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR