İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankara SƏRT REAKSİYA VERDİ - FOTO

3028 28.11.2021 19:58 Siyasət A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada terror təşkilatı PKK-nın Suriya qanadı YPG ilə görüşüb. Bu səfərdən sonra Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bir qrupun Rusiya hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməsinin narahatlıqla qarşılandığı qeyd edilib.

Musavat.com "haberler.com"-a istinadən bildirir ki, Bəşər Əsəd administrasiyası ilə PKK-nın Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan yeni addım gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada PKK/YPG liderlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.

Digər tərəfdən, Ankara PKK/YPG-nin Moskvaya səfərinə sərt açıqlama ilə reaksiya verib. Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altında “Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya Federasiyası tərəfindən rəsmi protokolla qəbul edilməsinin narahatlıqla qarşılandığı bildirilib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR