Rusiya üç il müddətliyinə BMT-nin İnsan haqları üzrə şurasının üzvü seçilib.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-nin Cenevrədəki qərargahındakı nümayəndəliyi “Twitter” hesabında məlumat yayıb.
Rusiyanın namizədliyi 158 dövlət tərəfidən dəstək görüb. Rusiyadan başqa daha 14 dövlət bu şuraya daxl olub. Burada Fransa, Böyük Briyaniya və Ukraynanın yer alması adi görünsə də, Kuba, Özbəkistan, Seneqal kim dövlətlərin üzvlüyə qəbul olunması ən azı təəccüb doğruub.
Lakin ABŞ-ı bu məsələ nəinki təəccübləndirib, hətta hiddətləndirb. Dövlət katibi Maykl Pompeo vaxtilə BMT İnsan haqları şurasından çıxmaq qərarının nə dərəcədə doğru olmasının indi anlaşıldığını söyləyib.
“Vaxtilə biz Şurada islahatlar aparılmasını təkklif edəndə, təəssüf ki, bizi heç kim dinləmədi. BMT Baş Assambleyası ÇXR, Rusiya və Kuba kimi insan haqlarını dəhşətli dərəcədə pozan dövlətləri quruma daxil edib. 2019-cu ildə isə burada Venesuela yer alıb. Bütün bunlar ABŞ-ı həmin qurumdan çıxmağa və insan haqlarınıı müdafiəsi sahəsində başqa platformaların arayışına girməyə vadar edib”,-deyə Maylkl Pompeonun bəyanatında bildirilir.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəti Morqan Ortequs isə Çin, Rusiya və Kubanın İHŞ-yə seçilməsinin həmin qurumun missiyasını “absurd”a çevirdiyini qeyd edib.
Musavat.com






