İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın aktivləri - ABŞ-ın təzyiqi, Avropa İttifaqının imtinası

440 06.03.2024 14:34 Dünya A A

Aİ və ABŞ hələ də dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılığa gələ bilmirlər.

Musavat.com xəbər verir ki, bu barədə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi Politico-ya bildirib.

"Avropa Komissiyası yalnız dondurulmuş aktivlərdən əldə edilən gəlirlərin müsadirə edilməsini nəzərdə tutan mövcud plandan irəli getməyə hazır deyil", - nəşrin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın bütün vəsaitləri müsadirə etməyə dair təklifindən imtina edən avropalılar bunun nəticələrindən qorxurlar. Birincisi, bu, investisiya cəlbediciliyinin itirilməsidir, ikincisi, Rusiyadan cavab tədbirləri riski yüksəkdir.

Daha əvvəl bildirilmişdi ki, Avropa Komissiyası 2027-ci ilə qədər Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş aktivlərinin təkrar investisiyasından əldə edilən 15 milyard avro gəliri müsadirə etməyi planlaşdırır. Fransa prezidenti Emmanuel Makron da Rusiyanın dondurulmuş aktivlərinə Aİ tərəfindən həbs qoyulmasına qarşı çıxıb. Onun fikrincə, bu tədbirlər Avropanı zəiflədəcək.

Rusiya da öz növbəsində dəfələrlə bəyan edib ki, Rusiya aktivlərinin ələ keçirilməsini oğurluq hesab edəcək. Maliyyə naziri Anton Siluanov Rusiya vəsaitlərini müsadirə edərkən Moskvanın simmetrik hərəkət edəcəyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR