İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ABŞ-da hər kəsi bir-birinə düşürən səfiri vəzifəsindən gedir- ABŞ mətbuatı

1645 26.06.2017 11:59 Dünya A A

Vaşinqtonda onu “ən radioaktiv siyasətçi” adlandırırlar

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiyanın Vaşinqtondakı elçisi Sergey Kislyakın öz vəzifəsini tərk etdiyini xəbər verib.

Musavat.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, Kislyakın Vlaidimir Putinlə Donald Tramp arasında baş tutması gözlənilən görüşdən sonra Vaşinqtonu tərk etməsi gözlənilir.

Maykl Makfol bununla əlaqədar öz tvitter səhifəsində bunları yazıb: Səfir Kislyak Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliyini tərk etməyə hazırlaşır. Ona ən xeyirxah arzularımı çatdırıram. Siyasi baxışlarımızdakı ziddiyyətlərə rəğmən onunla çalışmaq olduqca zövqlü idi”...

Hələlik S. Kislyakın dəqiq getmə müddəti və onun yerinə təyin olunacaq adam barəsində informasiya verilmir.

Hələ may ayının ortalarnda Sergey Kislyakın BMT strukturunda işə düzələcəyi və yeni yaradılan Terrorizmlə mübarizə bürosuna rəhbərlik edəcəyi danışılırdı.

Rusiya KİV-ləri onun yerinə gələcək ən real namizədin Müdafiə nazirinin keçmiş müavini (2011-2016), hazırda isə xarici işlər nazirinin müavini Anatoli Antonov olduğunu yazır.
Lakin Terrorizmlə mübarizə bürosuna Rusiyanın başqa bir diplomatının, Vladimir Voronkovun təyin edilməsi 1-ci versiyanı boşa çıxarıb.

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə Maykl Makfolu “ruhi sayqılama” içində yaşadığını, səfirin təyin olunması ilə bağlı məsələlərin Rusiya prezidentinin müstəsna səlahiyyətinə daxil olduğunu bildirib.

Sergey Kislyak istənilən halda ABŞ-Rusiya tarixində ən qalmaqallı diplomatlardan biri olaraq yadda qalacaq.

ABŞ-ın Newsweek jurnnalının yazarları Ouen Metyuz və Metyu Kuper tərəfindən qələmə alınan məqalədə qeyd edildiyi kimi son 6 ayda ölkənin siyasi həyatının ən böyük 3 qalmaqalını məhz Rusiyalı səfirin ayağına yazmaq olar.

Bu qalmaqallar Rusiya səfiri ilə qeyri-qanuni diplomatik kontakt qurmaqda təqsirləndirilən 3 adamın, milli təhlükəszilik məsələri üzrə keçmiş müşavir Maykl Flinn, prezidentin kürəkəni Cared Kuşner və baş prokuror Cef Seşnsin adı ilə bağlıdır.

Məqalə müəlliflərinin firkincə Kislyak artıq o dərəcədə “radioaktiv” olub ki, onunla təmasa keçən istənilən dövlət rəsmisi bu işdə “yanır”.

Newsweek yazarlarının Sergey Kislyakı zarafatla radioaktiv adam adlandırması da təsadüf deyil. Məsələ burasındadır ki, Sergey Kislyak diplomatiyanın kadr məzunlarından (rus diplomatları adətən Moskva Beynəlxalq Əlaqələr İnstitutunun-MQİMO-nun məzunlarından təyin olunur-red.) sayılmır. O, 1973-cü ildə Moskva Mühəndis-fizika institutunun (hazırda bu institut Milli nüvə araşdırması universiteti adlanır-red.) bitirib. Daha sonra isə SSRİ Xarici ticarət akademiyasına daxil olaraq diplomatik həyata atılıb. Yəni Kislyak əksər diplomatlar kimi karyeralı casuslardan sayılmır.

“Lakin hazırda o, ölkəsinin ABŞ-a qarşı reallaşdırdığı ən aqressiv əməliyyatlara siyasi nəzarəti həyata keçirir”, -ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Ceyms Klepper NBC kanalına müsahibə verərkən deyib.

Tənqidçiləri Kislyakı ən çox ABŞ-Rusiya münasibətlərinin pisləşməsinin qarşısını almamaqda günahlandırır.

Məhz onun səfrilik dövrü SSRİ dağıldıqdan sonra iki ölkə arasında ən fəlakətli illər olaraq qələmə verilir.

Jurnalistlərin qeyd etidiy kimi, “yaxşı səfir təkcə lobbiçi deyil, həm də əla vasitəçi olmalıdır. Bütün səfirlər öz dövlətlərinin siyasətlərini onları qəbul edən ölkəyə düzgün olaraq çatdırmaqla və təlqin etdirməklə mükəlləfdirlər. Lakin faydalı səfir həm də paytaxtda oturan rəislərinə təyin olunduqları ölkələrin qorxularını, qırmızı xətlərini düzgün şəkildə başa salmalıdırlar”.

Məqalədə Kislaykın belə bir vasitəçi rolunun öhdəsindən gələ bilmədiyi qeyd olunub.

“Kislyak öz işinin yalnız bir tərəfini, yəni Rusiyanın gündəliyini Vaşinqtona çatdırmaq hissəsini icra etdi. Lakin o, Vaşinqtonun Rusiyadan nə istədiyini Moskvaya izah edə bilmədi”, - məqalədə adını çəkilməsini istəməyən ABŞ diplomatından sitat gətirilib.

Məqalə müəllflərini qeyd etidiyinə görə, Trampın komandasının andiçməyə qədər Rusiya ilə münasibətləri istiləşmə ilə bağlı niyyətləri “Rusiyageyt” qalmaqalından, yəni Maykl Flinnin istefasından və Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinin üstünün açılmasından sonra suya düşdü. İndi Ağ Evin Moskvaya güzəştindən heç bir söhbət gedə bilməz. Bu isə Kislyakın diplomatik karyerində faciə sayılmalıdır.

“Səfir Rusiyaya qarşı düşmən mövqedə olan Hillari Klintondan fərqli olaraq Trampın komandasının simpatiyasını qazanmaq üçün əlindən gələni etdi. Lakin nəticədə Tramp-Putin yaxınlaşmasının yerinə, iki ölkə arasında daha böyük parçalanmaya səbəb ola biləcək proseslərə rəhbərlik etməli oldu”- məqalədə deyilir.

Nəticədə Donald Tramp administrasiyasının Rusiya ilə əlaqələri ilə aparılan təhqiqatın mərkəzində həmişə bu şəxs durur. Məhz onunla söhbətə görə Tramp özünün ən yaxın adamlarından birini, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinni itirib.

Bundan başqa Donald Trampın da siyasi gələcəyi təhlükə altına düşüb. İndi hər kəs Vaşinqtonun siyasi həyatını alt-üst edən “bu radioaktiv şəxsdən” nə zaman qurtulacağını gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR