İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 11 şəhəri qana boyanacaqdı – Kəşfiyyat şefi detalları açdı

1615 07.11.2018 15:14 Dünya A A

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) futbol üzrə dünya çempionatında terror aktlarının həyata keçirilməsi üçün pilotsuz təyyarələrdən istifadə etməyə çalışan terrorçuların cəhdlərinin qarşısını alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, idarə xarici azarkeşlərə hücumları planlaşdıran 7 qruplaşmanı ifşa edib. Bortnikov qeyd edib ki, terrorçuların nəzarətsiz olması terror üçün dronların tətbiqi ilə nəticələnə bilərdi.

 

Qeyd edək ki, futbol çempionatı 2018-ci ilin 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR