İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı şoka salan Tarverdiyevanın məhkəməsi başlayır

3641 23.10.2015 16:47 Kriminal A A
Rusiyada cinayətkar qrupun qarət məqsədi ilə ən azı 10 qətl törətməkdə şübhəli bilinən dörd üzvü Rostov vilayət məhkəməsi qarşısına çıxacaqlar.

Bu barədə ria.ru-ya işin materiallarının verildiyi Rostov vilayət məhkəməsinin nümayəndəsi bildirib.

İstintaqın məlumatına görə, ittiham edilən şəxslərin qurbanı 10-dan çox adam, o cümlədən də Nijeqorodsk OMON əməkdaşının iki balaca uşağın da olduğu ailəsi olub.

“Məhkəməyə baxılması üçün İnessa və Viktoriya Tarverdiyevalara, Sergey və Anastasiya Sinelniklərə dair cinayət işi daxil olub” - agentliyin həmsöhbəti bildirib.

O, əlavə edib ki, ilkin dinləmə tarixi müəyyən edilməyib.

Cinayətkar dueti hələ 1988-ci ildə, Roman Podkovun sevgilisi İnessanın ərini öldürdükdə yaranıb. İnessanın əri, mühafizəçi işləyən Arzu Tarverdiyev elə çalışdığı Divnı qəsəbəsində öldürülüb.

İstintaq orqanlarının versiyasına görə, İnessa Tarıverdiyeva vətəndaş nikahında olduğu əri ilə mütəşəkkil cinayətkar qrup yaradıb, qrupa onun qızı Viktoriya Tarverdiyeva və Sinelnik cütlüyü də daxil olub. Sergey Sinelnik Yol Patrul Xidmətinin əməkdaşıdır.

Banda üzvləri insanlara qarət məqsədi ilə hücum ediblər. Hücumlar Rostov vilayəti, Stavropol və Kalmıkiyada 1997-2013-cü illərdə həyata keçirilib. Müstəntiqlər hesab edirdilər ki, 2007-2009-cu illərdə Rostov vilayəti ərazisində cinayətkarlar on nəfəri, o cümlədən də Nijeqorodsk vilayətinin DİN İdarəsinin xüsusi təyinatlı bölmənin əməkdaşı Dmitri Çudakovu, onun həyat yoldaşını və iki azyaşlı uşağını qətlə yetiriblər.

2013-cü ilin sentyabr ayının 8-də bandanın liderləri növbəti qətldən sonra gizlənməyə cəhd edərkən polislər tərəfindən yaxalanıblar.

Bundan sonra, atışma baş verib, atışma zamanı Tarverdiyevanın vətəndaş nikahında olduğu əri və asayiş keşikçilərindən biri ölüb (oxu.az).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR