İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalılar Türkiyəyə səfərlərin sayına görə birinci yerə qayıdıblar

463 27.06.2024 15:30 Dünya A A

May ayında Rusiyadan Türkiyəyə turist axını keçən illə müqayisədə 15,3% artaraq 739 mindən çox səfər təşkil edib.

Musavat.com xəbər verir ki, nəticədə Rusiya Federasiyasının vətəndaşları Türkiyəyə səfərlərin sayına görə yenidən birinci yerə qayıdıblar.

Keçən ay Türkiyənin ikinci ən böyük ziyarətçiləri almanlar olub. Almaniya vətəndaşlarının ölkəyə səfərlərinin sayı il ərzində 18,3% artaraq 729,5 min nəfərə çatıb.

İlk üçlüyü Böyük Britaniya tamamlayır. May ayında Türkiyəyə 550,5 min britaniyalı səfər edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 21,6% çoxdur.

İlk 5-liyə həmçinin Bolqarıstan (260,6 min ziyarət) və Polşa (228 min ziyarət) daxildir. Sonuncu ilk dəfə olaraq Türkiyəyə turist göndərən ölkələrin ilk 5-liyinə daxil olub.

Bundan əvvəl, 2024-cü ilin sonuna qədər ruslar üçün daha dörd birbaşa reysin - Tanzaniya, Küveyt, İndoneziya və Səudiyyə Ərəbistanına açılacağı bildirilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR