İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı qız “Azərbaycan” mahnısını ifa etdi - VİDEO

4498 28.10.2015 18:50 Ölkə A A
Rusiyanın Saratov şəhərində “Xalqlar arası dostluq” festivalı keçirilib.

Musavat.com xəbər verir ki, festival çərçivəsində müxtəlif məktəb və universitetlərdə konsertlər təşkil olunub. 

Konsertə gələnlər müxtəlif millətlərin yeməkləri ilə tanış olublar, mahnılarını dinləyiblər.

Adı keçən festivalda Azərbaycanı Nika Kabzar adlı yeniyetmə qız təmsil edib. 

O, “Azərbaycan” mahnısını milli geyimdə ifa edib.  Onun ifası zamanı arxa fonda Azərbaycanın müxtəlif görməli yerləri nümayiş olunub. 

Nika azərbaycan dilində bilmir. O, Rusiyada yaşayır və təhsil alır. Nika Kabzar Azərbaycanı çox sevdiyini bildirib.

Qeyd edək ki, Nikanın anası rus, atası isə azərbaycanlıdır. 

Musavat.com həmin ifanı sizlərə təqdim edir.

Aygün Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR