İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı qadın bələdçilər hakim qarşısında - Vaqonda narkotik keçirmək istəyiblər

1256 02.05.2021 18:14 Kriminal A A

Azərbaycana narkotik gətirdikləri üçün həbs edilən iki nəfər rusiyalı bələdçi qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sobolevskaya Karina Vajevna və Pravdyuk Mariya Serqeyevnanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, hər iki şəxs Rusiyadan Azərbaycana gələn qatarda bələdçi işləyiblər.

Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunun əməkdaşları Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarəti zonasına daxil olan qatardan külli miqdara güclü təsir edən maddələr aşkar ediblər.

392 nömrəli "Rostov-Bakı" qatarına baxış keçirilən zaman 2-ci vaqonun 2, 3, 4 və 5-ci kupelərinin tavan hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 650 ədəd flakonda "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"-na daxil olan dərman preparatları aşkar olunub.

Araşdırma zamanı həmin maddələri 2-ci vaqonun bələdçiləri Sobolevskaya Karina Vajevna və Pravdyuk Mariya Serqeyevnanın gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirməyə cəhd göstərdikləri məlum olub.

Hər iki şəxs qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq, külli miqdarda narkotik vasitə əldə etmə və satma maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR