İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı politoloq: "Yeni səfərbərlik Putinə qarşı etiraz partlayışına səbəb ola bilər"

407 12.04.2023 14:29 Son xəbər A A

“Rusiyada elan olunacaq səfərbərliyin ölkədəki narazılığı kəskin şəkildə artıracağı gün kimi aydındır. Dövlət Dumasında qəbul edilən elektron çağırışlar haqqında qanun Kremlin əvvəl verdiyi vədlərinə zidd olaraq səfəbərliyin ikinci dalğasına hazırlaşdığını göstərir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi rusiyalı politoloq Abbas Qalyamovdur.

Onun sözlərinə görə, Kommunist Partiyasının deputatlarının Dumadakı “Vahid Rusiya” çoxluğu ilə mübahisə etməsi bu tədbirin nə dərəcədə qeyri-populyar olduğunu göstərir.

Qalyamov bu məqsədlə ölkədə keçirilən son ictimai rəy sorğularının nəticələrini göstərib.

Məsələn, “Levada”nın sorğuları göstərir ki, savaşdan öncə sülh danışıqlarının aparılmasını istəyən vətəndaşların sayı 44%-i keçmirdi. Lakin ilk səfərbərlik dalğasından sonra bu rəqəm artıq 60%-ı yüksəlib və yalnız 30% müharibənin davam etdirilməsini istəyir. "İkinci dalğa sülhə tələbatı daha da artıracaq" deyə politoloq proqnozlaşdırıb.

Qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov bu gün səfərbərliyin olmayacağını bildirir, lakin Qalyamov Kremlin buna hazırlaşdığına əmindir. “Etiraz dalğası formalaşır və nə vaxtsa, əlbəttə o, bir gün “cəbhəni yaracaq”, - deyə rusiyalı ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR