İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı oliqarxın kürəkəni özünü belə ifşa etdi - FOTO

820 08.07.2023 19:39 Son xəbər A A

Rusiyanın “Taktiçeskoe raketnoe voorujenie” holdinqinin rəhbərinin kürəkəni Rostislav Zorikov Praqada müxalifyönlü “Vesna” hərəkatının fəalına hücum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, adı çəkilməyən fəal Zorikova məxsus olduğu deyilən binanın qarşısında etiraz aksiyası keçirirmiş. Zorikov binaya maşınla gələrkən aksiya iştirakçısı onun yolunu kəsib.

Məlumata əsasən, həmin fəalın döyülməsi lentə alınıb və o, polisə gedib.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu 2023-cü ilin mayında Praqada “Taktiçeskoe raketnoe voorujenie” holdinqinin rəhbəri Boris Obnosovun ailəsinə məxsus daşınmaz əmlakla bağlı araşdırma dərc edib.

Bu holdinq Avropa İttifaqının sanksiyaları altındadır. Rostislav Zorikov Obnosovun qızı Olqanın əridir və Praqada mətbəə avadanlığı ilə məşğul olan firmanın sahibidir. Araşdırmaçıların təsbitinə görə, şirkət əslində heç nə qazanmır. Olqa Zorikova “Taktiçeskoe raketnoe voorujenie” holdinqinin aktivlərinin bir hissəsinə sahibdir. Vizajist və bərbər ixtisasını öyrənən 23 yaşlı bu xanım artıq silah holdinqinin səhmdarına çevrilib. Araşdırmaçılar Zorikovun firmasının qara pulların yuyulmasında sadəcə bir vasitə olduğuna işarə vururlar.

Araşdırma müəlliflərinin bildirdiyinə görə, Praqanın tarixi rayonunda 6 milyon avro dəyərində olan dördmərtəbəli ev Rostislav Zorikovun adına qeydiyyata alınıb. Bundan əlavə, Zorikov Praqada 140 kv.m-lik penthausa da sahibdir. Həmin evin 1,1 milyon avroya başa gəldiyi qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR