İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı idmançı: "Həm təşkilatçılıq, həm də azarkeşlərin fəallığı yüksək səviyyədədir"

962 15.06.2015 11:06 İdman A A
"Mən ilk dəfə idi ki, bu qədər azarkeş dəstəyi hiss edirdim. Bakı-2015 oyunlarının azarkeşləri çox fəaldır".

APA-nın məlumatına görə, bunu I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə çempionu, Rusiya təmsilçisi Artyom Surkov «vestikavkaza” saytına müsahibəsində deyib. 
 
O bildirib ki, bu vaxtadək iştirak etdiyi yarışlarda bu qədər fəallıq müşahidə etməyib. «Bakı-2015 Oyunlarında həm təşkilatçılıq, həm də azarkeşlərin fəallığı yüksək səviyyədədir. Olimpiya kəndində də idmançılar üçün yaxşı şərait yaradılıb», - deyə Surkov qeyd edib. 
 

Xatırladaq ki, Surkov finalda erməni idmançı Miqran Arutyunyan üzərində 3:0 hesablı qələbə qazanaraq qızıl medala sahib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR