Rusiya rəsmi İrəvanı Azərbaycanla qorxudub hərbi təyyarə satmaq istəyir
Xəbər verildiyi kimi Ermənistan müdafiə naziri David Tonoyan bu yaxınlarda Rusiyadan “Su-30” təyyarələrini alınması il bağlı açıqlama verib.
D.Tonoyan yerli mətbuata müsahibəsində gündəmlərində olan İsveçin “JAS-39 Gripen” təyyarələrinin alınması məsələsinə toxunarkən başqa bir tərəfdaşlarından təklif aldıqlarını söyləyib. Tonoyan həmin təklifin məhz “Su-30”larla bağlı olduğunu tam təsdiqləməyib.
Lakin bir sıra hərbi ekspertlər Ermənistanın bu qırıcılaır almaq gücündə olmadığını sölyəyirlər. Hətta rəsmi İrəvanın buna ehtiyacı qalmadığını da deyənlər tapılıb.
Onu qeyd etmək laımdır ki, bir “Su-30” təyyarəsinin qiyməti 50 milyon ABŞ dollarıdır. Ermənilər isə döyüş təyyarələrinin olduqca güzəştli şərtlərlə onlara verilməsini arzulayırlar.
Hərbi ekspert Leonid Nersisyanın fikrincə, əgər saziş bağlansa, elə bunun Rusiyanın Ermənistana silah almaq üçün 2018-2002-ci illər üçün nəzərdə tutulan verdiyi 100 milyon dollarlıq kreditə aiddiyatı olmayacaq.
Digər erməni ekspert, keçmiş müdafiə naziri Artur Aqabekyan isə Ermənistanın hərbi aviasiyaya malik olmasının məqsədyönlülüynə şübhə ilə yanaşıb. Onun söylədiyinə görə, Ermənistanın şərtlərində hərbi aviasiyanın görəcəyi iş yoxdur.
A.Ağabekyana müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan təpki göstərib. A.Ovannisyan keçmiş nazirin sözlərindən təəssüf etdiklərini bildirərək “21-ci əsrin ordusunu quracaqlarını” deyib.
Qeyd olunur ki, hazırda Ermənistanın ərazisində Rusiyanın 102 saylı hərbi bazasından başqa Erebuni hava limanında hərbi təyyarələri yerləşir.
Bundan başqa iki ölkə arasında 2015-ci ildə imzalanan sazişə əsasən vahid hava hücumundan müdafiə sistemi qurulub.
Lakin həmin saziş Dağlıq Qarabağın ərazisinə şamil olunmur. Bu səbəbdən rusiyalı hərbi ekspert Pavel Felgenqauer Ermənistan üçün öz hərbi aviasiyaya malik olmasının vacibilyini bildirib.
Digər rusiyalı hərbi mütəxəssis Aleksandr Xramçixin də Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağda silahlı münaqişənin qopması halında və əməliyyatların Ermənistan ərazisinə keçmədiyi təqdirdə Rusiya təyyarələrinin havaya qalxmayacağını sölyəyib. Buna görə də Xramçixin Ermənistana döyüş təyyarəsini almağı məsləhət görüb.

Buna rəğmən Xramçixin maliyyə məsələsinin də önəmli olduğunu vurğulaıyb. Çünki Rusiya hərbi aviasiya sənayesi hazırda öz ölkəsi və Qazaxıstan üçün təyyarələr istehsal emtəklə məşğuldur. “Amma əgər siyasi qərar olsa Ermənistanın edəcəyi sifariş ilk növbədə gələ bilər”,- deyə Xramçixin qeyd edib.
Rusiya hərbi politoloqlar assosiasiyasının prezidenti Aleksandr Perenciyev Rusiyanın Ermənistanın hərbi qırıcı almasında maraqlı olduğunu ifadə edib. Onun söylədiyinə görə, KTMT-dəki üzvlük rəsmi İrəvana döyüş təyyarələrini olduqca sərfəli qiymətlərlə almağa imkan verəcək.

“Əlbəttə ki, biz Ermənistanın qırıcı təyaələr almasında maraqlıyıq, istənilən halda da bu döyüş maşınlarını satacağıq. Əgər Ermənistanın buna vəsaiti çatmırsa, o zaman onu hərbi lizinq çərçivəsində məsələ həll oluna bilər”,-deyə Perenciyev vurğulayıb.
Musavat.com






