Rusiyalı hərbçilər Ukrayna sərhədində ağır qəzaya uğradılar -5 ölü, 7 yaralı
Rusiyanın Rostv vilayətində, Ukrayna ilə sərhəddə 5 rus hərbçisi yol qəzasına düşərək həlak olublar.
Musavat.com-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 3-.də Tarasov rayonunda baş verib. Yedəyə alınmış UAZ markalı hərbi avtomobil ağır yük maşını ilə toqquşub və UAZ-ın salonunda olan üç əsgər dərhal həalk olublar.
Yük avtomobilində gedən 15 hərbçi də ağır xəsarətlərlə hospitala yerləşdiriliblər. Onlardan ikisi ölüb, yeddsinin vəziyyəti xüsusilə ağırdır.
İlkin ehtimallara görə, yol qəzasının günahı yük maşınının sürücüsündə olub. Onun sükan arxasında yatdığı güman olunur.
Musavat.com






