İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı diplomatlar Gürcüstana giriş qadağasından danışdılar

1043 14.09.2022 05:05 Dünya A A

“Hələ də bəzi Rusiya vətəndaşları səbəbi izah edilmədən Türkiyə ilə sərhəddən Gürcüstan ərazisinə buraxılmırlar”.

Bu barədə Rusiyanın Trabzondakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilir ki, “Sarpi” keçid məntəqəsinə belə hadisələr həftədə bir neçə dəfə baş verir.

“Təəssüf ki, Gürcüstan sərhəd xidmətinin əməkdaşları keçidə izn verilməməsinin səbəblərini izah etmirlər”, - deyə Baş Konsulluqdan bildiriblər.

Xatırladaq ki, avqustun sonunda Türkiyə-Gürcüstan avtomobil keçid məntəqəsində Rusiya vətəndaşlarının gediş-gəlişinə imtina edilməsi hallarının tez-tez baş verdiyi barədə məlumatlar yayılmışdı. Diplomatik nümayəndəlik qeyd edib ki, hazırda bu cür hadisələrin dinamikası ötən ayın sonu ilə müqayisədə azalıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR