İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"

1824 17.02.2019 01:05 Son xəbər A A

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib.

Deputatın sözlərinə görə, bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır.

Trend-in məlumatına görə, D.Savelyev jurnalistlərlə söhbətində deyib: “Rusiya, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən ilə möhkəmlənir”.

Deputat xatırladıb ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord il olub:

“Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir”.

D.Savelyev vurğulayıb ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir:

“Həmin epizodun KİV-lərdə bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq-mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-lərdə bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır”.

Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR