İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Türkiyə ilə bağlı SON DƏQİQƏ açıqlaması: diqqətlə izləyirik...

3261 11.01.2023 16:09 Region A A

“Türkiyənin Ukraynaya kaset bombaları tədarük etməyə başladığı barədə xəbərlərin etibarlılığından danışmaq çətindir, Kreml vəziyyəti izləyir”.

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı çıxan xəbərləri həmin cümlə ilə şərh edib.

“Bu cür informasiyaların etibarlılığından danışmaq çətindir. Bilirsiniz ki, hazırda mediada etibarlı və doğru mesajlardan daha çox feyk xəbərlər dolaşır. Lakin biz bütün bunları diqqətlə izləyirik”, - deyə Peskov söyləyib.

Peskov Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçan aparatları tədarük etdiyini xatırladıb və Türkiyənin NATO üzvü kimi öhdəliklərinin olduğunu qeyd edib.

“Eyni zamanda, bizi Türkiyə ilə hələ də qarşılıqlı faydaya, anlaşmaya, hörmətə və ən çətin problemləri müzakirələrdə qarşılıqlı hazırlığa əsaslanan tərəfdaşlıq münasibətləri birləşdirir”, - deyə Peskov əlavə edib.

Xatırladaq ki, daha əvvəl “Foreign Policy” jurnalı ABŞ və Aİ nümayəndələrinə istinadən Türkiyənin 2022-ci ilin noyabr ayından Ukraynaya amerikan tipli kasetli bombalar tədarük etdiyini yazmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR