İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan SON DƏQİQƏ sülhməramlı açıqlaması - ilin yekunları hərbi analitiklə CANLI-da

594 30.12.2023 12:05 Siyasət A A

“Moskva Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarından sonra bölgədəki Rusiya sülhməramlıları ilə bağlı bütün məsələləri yalnız Bakı ilə həll edir”.

Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Qaluzin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları 2025-ci ilin noyabr ayına qədər bölgədə qalma müddətinin daha da uzadılması imkanı ilə yerləşiblər: “İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə nəzərdən keçiririk”.

Ermənistanın Ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Azərbaycanın Ermənistanın işğalında olan 8 kəndi ilə bağlı danışıqlarda iki variantdan biri üzrə razılaşmaq mümkündür. Sanosyanın fikrincə, variantlarından biri ərazi mübadiləsi, digəri isə müəyyən məkan tənzimlənməsidir. “İndi proses elə təşkil oluna bilər ki, bu ərazilərin sahəsi müəyyən olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər - mübadilə və sırf məkan tənzimləməsi. Yəni ərazilərin tərk edilməsi. Bu suala da delimitasiya, demarkasiya prosesi zamanı cavab verilə bilər”,- deyə nazir qeyd edib.

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Elxan Şıxəliyevlə ilin yekunlarını dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR