İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Qarabağdakı sülhməramlılarla bağlı SENSASİON ANONS: “ÇIXMAYACAĞIQ!”- Elxan Şıxəliyevlə CANLI

1055 10.02.2024 13:17 Son xəbər A A

 

Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur. Bu barədə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - nazir müavini bildirib.

Nələr baş verir? Rusiya Qarabağdakı sülhməramlılarla bağlı son sözünü dedi? Bunu ciddi mesaj kimi qəbul etmək lazımdırmı? Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişində baş verən hadisələr, Zelenskidən sensasion qərarları və onun arxasındakı səbəblər də müzakirə mövzusudur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR