İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Laçın postu ilə bağlı Bakıya YENİ TƏKLİF – yenə nə istəyirlər? – Ərəstun Oruclu ilə CANLI

1699 26.04.2023 11:16 Gündəm A A

Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları ötən gün də davam etdirib. Belə bir iddianı erməni mediası yayıb.

Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb - red.), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb:

“Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”.

Xəbərdə bildirilib ki, Azərbaycan keçid məntəqəsi mövqeyindən qətiyyən geri çəkilməyəcək, rusların əldə etmək istədiyi yeganə şey isə keçid məntəqəsində azərbaycanlılarla yanaşı, Rusiya sülhməramlılarının da yerləşməsidir.

Rusiya sülhməramlılarına yeni komandanın təyin edilməsi, eləcə də Volkovun Azərbaycana nələrsə təklif etməsinin səbəbi nədir? Rusiyanın hansısa yeni planı varmı? Nə gözləməliyik? Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində bayraq qaldırılma mərasiminin həyata keçirilməsi Rusiyaya yeni mesaj idi, ya?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR