"Son zamanlar Gəncə-Qazax zonasında yoluxmaların sayı artıb. Bunun da səbəbi həmin zonada vətəndaşların karantin rejiminə əməl etməməsidir. Həmçinin, bir nəfər bütün ailə üzvlərini yoluxdurmaqla statistikanın artmasına səbəb olur".
Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev verib.
Z.Əliyev bildirib ki, həkimlər arasında da belə, yoluxma ocaqları var: "Rusiyadan gətirilən Azərbaycan vətəndaşlarının bir çoxunda yoluxma halı qeydə alınıb. Cənub zonasında da Lənkəran və Cəlilabadda İranla gediş-gəlişə görə yoluxma yüksək idi. Dünən Salyanda da ocaq aşkarlanıb. Bakının Yasamal rayonunda da bir nəfər çoxlu insanı yoluxdurmuşdu. Bizim gördüyümüz tədbirlər nəticəsində onların çoxu sağalıb".
İlkin Muradov
Musavat.com






