İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistana növbəti silah payı etirazlar doğurdu - şimal qonşumuz işğalçını savaşa təhrik edir

2724 14.04.2017 10:10 KİVDF layihələri A A

Üzeyir Cəfərov: “Bu isə o deməkdir ki, cəbhədə baş verə biləcək növbəti silahlı toqquşma daha faciəvi, daha ağır itkilərlə müşayiət olunacaq”

Şimal qonşumuz növbəti dəfə özünün vasitəçilik prinsiplərinə zidd addım ataraq işğalçı Ermənistana yeni növ silahlar hədiyyə edib. Məlumata görə, Moskva Ermənistana “İqla-S” VƏ Verba" daşınan zenit-raket kompleksləri verib.


Bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Hay Zinvor” qəzetinə müsahibəsində Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının komandan müavini polkovnik Artur Poqosyan bildirib. (“AzeriDefence”) Polkovnik Poqosyan aprel döyüşlərindən sonra Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Sistemində yenilənmə etdiyini və bu yenilənmə zamanı əsas istiqamət kimi PUA-larla mübarizəyə diqqət yetirildiyini deyib. “Bu məqsədlə biz istifadəmizdə olan kompleksləri tamamilə yenilədik və etibarlılığını artıraraq müasirləşdirdik. ZU-23-2, S-60, ZU- 23-4 ”Şılka" komplekslərinə müxtəlif nişangahlar və termik qurğular əlavə edilib", - deyə polkovnik Poqosyan qeyd edib.


Bu ərəfədə Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlamaq qərarı verməsi şübhəsiz ki, düşmənin təhdidlərinə də mükəmməl cavabdır. Məlumata görə, 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun iştirakı ilə keçiriləcək təlimlərə aprelin16-sından start veriləcək. Təlimlərə reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları da cəlb olunacaq. Bu ərəfədə Ermənistanın Rusiyadan növbəti silahlar alması isə təpki ilə qaşrılanıb. Ekspertlər hesab edir ki, şimal qonşumuz faktiki olaraq işğalçını savaşa təhrik etmə xətti yürüdür.


Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, ötən ilin aprel toqquşması hələ də Ermənistanın və ona birbaşa və dolayısı ilə havadarlıq edən ölkələrin yuxularına haram qatıb: “Onlar Azərbaycan Silahlı Qüvvələrinin onların ön və arxa mövqelərindəki strateji əhəmiyyətli döyüş nöqtələrinə, ağır texnika və digər avadanlıqlarına, canlı qüvvələrinə zərbə vurmasının qarşısının alınması yollarını aramaqda davam edirlər. Bunun üçün isə erməni tərəfi özünün vassalı olduğu Rusiyadan yeni silah və sursat almaq üçün aktiv çabalar göstərir. Artıq Rusiya tərəfi də öz tərəfdaşına Azərbaycanın PUA-larına qarşı müqavimət göstərə biləcək yeni ”Verba" zenit-raket qurğularını verib. Bununla yanaşı, “İqla-S” kompleksi də Ermənistanın hava hücumundan müdafiə qoşunlarının döyüş növbəsinə çıxarılıb. Bu isə o deməkdir ki, bu dəfə cəbhədə baş verə biləcək silahlı toqquşma daha faciəvi, daha ağır itkilərlə müşayiət olunacaq. Özü də hər iki tərəfdən". Ü.Cəfərov digər bir məqama da diqqət yönəltdi: “Təsəvvür edin ki, ”Zərbə KH" (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatı düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan bir müasir silah sayılır. Hələ ötən ilin məlum aprel hadisələri zamanı biz düşmənin canlı qüvvəsinə və döyüş texnikalarına qarşı imkanımızdan qat-qat aşağı güc tətbiq etmişdik. Yəni qoşunlarımızın heç cüzi bir hissəsi də döyüş əməliyyatlarına qatılmamışdılar. Qısa bir zaman kəsiyində bizim mərd oğullarımızın rəşadəti sayəsində 15-dən artıq erməni tankı yararsız hala düşmüşdü. İndi Ermənistanın əldə etdiyi “Verba” və İqla-S" silahları da məhz ordumuzun müasir silah və sursatlarına qarşı mübarizə aparmaq üçün təcili əldə edilmiş avadanlıqlardır. Ancaq biz bundan da narahat deyilik. Çünki bizim daha da güclü və dağıdıcı gücə malik silahlarımız hələ ermənilərlə “təmasda” olmayıb. İnşallah, yaxın zamanlarda onu da görəcəyik".

Image result for Üzeyir Cəfərov


“Rusiyanın belə davranmasında əsas məqsəd təbii ki, özünü ilk növbədə sığortalamaqdır”.

Image result for Arzu Nağıyev

Politoloq Arzu Nağıyev bunu “Yeni Müsavat”a açıqlamasında dedi. Onun sözlərinə görə, Rusiya belə hesab edirdi ki, NATO üzvü olan Türkiyə ilə yaxınlaşdıqca Ermənistandan keçən NATO - Rusiya sərhədində stabillik yarana bilər və özünün hərbi bazalarına qarşı təhlükə azalar: “Lakin artıq Serj Sərkisyanın müharibə komandası seçkilərdə hakimiyyəti ələ keçirdi və bu isə Dağlıq Qarabağ münaqişəsinin uzanması, təbii ki, Türkiyənin buna seyrçi kimi baxacağı ehtimalının az olması deməkdir. Eyni zamanda Suriya məsələsində də Türkiyə ABŞ-ı dəstəklədi. Məhz buna görə də Rusiya regionda öz mövqeyini artırmağa çalışır və bunun da bir istiqaməti məhz Ermənistana silah və yeni hərbi komplekslər gətirməkdir”. A.Nağıyev bu kompleksləri İrəvanın maliyyə vəsaitləri qarşılığında aldığına şübhə edir: “Məlum məsələdir ki, bu silahları ermənilərin əldə edə biləcəyi iqtisadi cəhətdən çətin məsələdir. Müxtəlif kreditlər adı ilə bu proses gedir. Təəssüf doğuran isə odur ki, öz maraqlarını ilk növbədə təmin etməyə çalışan Rusiya ATƏT -in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, bu addımları atır və təbii ki, sülh danışıqlarına mane olur”.


Cavid TURAN

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR