İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana geri dönən vətəndaşlarımız ölkəyə niyə buraxılmır? - Deputatların cavabı VİDEO

2592 19.03.2022 17:25 Gündəm A A

 

Razi Nurullayev: “Bu gün sərhədlərdə qalan azərbaycanlıların bu formada şəxsiyyətinin alçaldılması Azərbaycan dövlətinin başını uca etmir”

Ukrayna müharibəsi başlayandan bəri Rusiyada yaşayan və işləyən azərbaycanlılar toplu halda Azərbaycana qayıdırlar. Rusiyaya qarşı tətbiq olunan total sanksiyalar bu ölkədə yaşamı və iş sektorunu iflic edib. Bu və digər səbəblərə görə də soydaşlarımız kütləvi şəkildə Putinin rəhbərlik etdiyi ölkəni tərk edirlər.

Lakin bu total dönüş ciddi problemlər yaradıb. Bəlli olduğu kimi, Azərbaycanın quru sərhədləri iki ildir pandemiya səbəbindən bağlıdır. Ölkəyə gəliş ancaq hava məkanı ilə mümkündür. Rusiyadan ölkəsinə dönmək istəyən soydaşlarımız bu səbəbdən günlərdir şimal sərhədində qalıblar. TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində bu mövzu müzakirə olunub.

Musavat.com xəbər verir ki, millət vəkili Razi Nurullayev bu məsələ ilə bağlı ilkin həyəcan təbili çalanlardan biri olduğunu xatırladıb: “Mən bununla bağlı baş nazirə müraciət etdim. Bu şəkildə də dedim ki, bu insanların ləyaqəti sındırılıb, şəxsiyyəti alçaldılıb, o insanlar qalıb orda. Bu insanların mənə və köməkçilərimə nə qədər müraciətləri olur. Mənim nə qədər təsəllim olur? Onlara youtube-dan bu barədə etdiyim çıxışın linkini göndərirəm ki, alın, baxın. Amma bununla iş bitmir. Bu qərarı Operativ Qərargah verməlidir. Deputat Qüdrət Həsənquliyev də bu barədə parlamentdə danışdı. Azərbaycan vətəndaşının hüququ var ki, öz ölkəsinə müdaxiləsiz daxil olsun. Bu gün isə Operativ Qərargah deyir ki, mənim qərarım Konstitusiyanın maddəsindən üstündür. Amma üstün ola bilməz. O insanlar orda o şəkildə yaşaya bilməz”.

R.Nurullayev eyni zamanda bildirib ki, əgər Azərbaycan dövləti o vətəndaşların səhhətindən, xəstəlik daşıyıcısı olub-olmamasından şübhələnirsə, öz sərhədi daxilində, öz tərəfində çadırlar qura və əlavə tədbirlər həyata keçirə bilər: “O vətəndaşların yeməyini-içməyini versin, ayaqyolu, normal gigiyenik şərtlərlə təmin etsin. Bu insanları bit-birə basıb, onların çoxunun cibində isə pul yoxdur. Rusiya onları buraxır, amma bizdən onları içəri buraxmırlar. Bu nə deməkdir? Azərbaycan öz vətəndaşından imtina edir? Bu gün orada qalan azərbaycanlıların bu formada şəxsiyyətinin alçaldılması Azərbaycan dövlətinin başını uca etmir”.

Verilişin həmin məqamının videosunu da təqdim edirik.



*****

Verilişi tam olaraq aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz⇓⇓⇓

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR