Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyada “Uralvaqonzavod” müəssisələrinin işinin dayandırıldığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə qərargahın “Facebook”dakı səhifəsində məlumat verilib.
Bildirilir ki, hazırda işğalçıların zədələnmiş silah və texnikalarının təmiri və bərpasına ciddi ehtiyacı var.
“Rusiyada yeganə tank istehsalçısı - “Uralvaqonzavod”, həmçinin tank və zirehli texnikaları təmir edən Çelyabinsk Traktor Zavodu komponentlərin olmaması səbəbilə fəaliyyətlərini dayandırdılar” , - deyə məlumatda bildirilib.
Toğrul İSMAYIL,
Musavat.com






