Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, paraşütçüləri təlim məşqlərinə aparan L-410 təyyarəsi vilayətin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədəki 7 paraşütçü və 2 heyət üzvü həlak olub. Bundan başqa, xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır.
Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir. Geri qayıdarkən qəza enişi edən təyyarə qanadının ağaca dəyməsi nəticəsində aşıb.






