İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada təqaüd yaşının artırılmasına etirazlara görə kütləvi həbslər... - Foto, video

4140 09.09.2018 15:25 Dünya A A

Bu gün Rusiyada iki hadisə gündəmdədir. Bunlardan biri bölgələrin qubernator seçkiləri, digəri isə təqaüd islahatına qarşı etiraz aksiyasıdır.

Rusiyanın müxalifyönlü siyasətçisi Aleksey Navalnı bu gün təqaüd yaşının artırılmasına qarşı irimiqyaslı etiraz aksiyasına çağırış etmişdi. Lakin özü istintaq təcridxanasında olduğu üçün aksiyada iştirak edə bilməyəcək.

Rusiyanın Şərqində aksiya

Artıq Rusiyanın bir neçə şəhərində etiraz aksiyaları baş tutub. Aksiyalarda iştirak edənlərin sayı haqda fikirlər fərqlidir. Rusiyanın Xabarovsk vilayətində çəkilmiş şəkildə 100 nəfərdən çox insanın toplaşdığı görülür. İştirakçılardan bəzilərinin saxlanıldığı və tez də sərbəst buraxıldığı haqda məlumatlar var.

 

Krasnoyarskda aksiya

Krasnoyarsk şəhərində də mitinq baş tutub.

Aksiyanın başlanmasından əvvəl polis bir neçə fəalı saxlayıb. Bir aktivistin isə evindən çıxarkən saxlanıldığı deyilir.

Novosibirsk şəhərində Navalnının qərargah koordinatoru saxlanıb

Novosibirsk şəhərində təqaüd yaşının artırılmasına qarşı keçirilən icazəsiz aksiyada 2000-2500 nəfər iştirak edib, "Tayqa.İnfo" iştirakçı sayını qiymətləndirir.

Aksiya başlamazdan əvvəl polis Navalnının yerli qərargah koordinatoru Sergey Boyko-nu saxlayıb. Aksiya iştirakçıları müxalifətçinin aparıldığı Daxili İşlər Nazirliyi orqanının binasına tərəf irəliləyiblər. Məlumatda deyilir ki, eyni istiqamətdə OMON və həbs maşınları hərəkət edir.

 

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR