İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada spirt tərkibli içkidən ölənlərin sayı 62 nəfərə çatıb

951 21.12.2016 20:44 Son xəbər A A
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan "Boyarışnık" maddəsindən zəhərlənərək ölənlərin sayı 62 nəfərə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.  
 
Onun sözlərinə görə, zərərçəkənlərin sayı ümumilikdə 107 nəfər təşkil edib.
 
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR