İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada şir 14 yaşlı məktəbli qıza hücum edib - FOTO

891 05.03.2024 01:08 Dünya A A

Rusiyanın Saratov şəhərində yerləşən müəssisələrindən birinin ərazisində şir 14 yaşlı məktəbli qıza hücum edib.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yırtıcı Saratov müəssisəsində volyerdə saxlanılıb.

Qolundan xəsarət alan qız xəstəxanaya çatdırılıb. Həkimlər ona lazımi yardım göstəriblər.

Hadisədən sonra müstəntiqlər yoxlama təşkil ediblər. Hadisənin baş verdiyi şərait müəyyənləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR