İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada sahibkarlıq fəaliyyəti Putin iqtidara gəldiyi gündən ən aşağı səviyyəyə düşüb

2576 05.08.2020 14:45 Dünya A A

“Rusiyanın orta və kiçik biznes müəssisələri fəlakət astanasındadır. Bu ilin ikinci rübündə şəxsi sahibkarlıqdan gələn gəlirlər iki dəfə azalıb”.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzetində çıxan məqalədə bildirilir.

“Koronavirusun iqtisadi nəticələri ortaya acı mənzərini qoyub. “Rosstat” tərəfindən təqdim olunan rəqəmlərin göstərdiyinə görə, sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin ümumi payı əhalinin ümumi gəlir strukturu içində 3,5% aşağı düşüb”,-deyə jurnalist Andre Ballen bildirir.

Müqayisə üçün bu ilin ilk rübündə sahibkar gəlirləri əhalinin ümumi gəlirinin 5,9%-nə bərabər idi. Bu isə 40%-lik aşağı düşmə deməkdir. Belə göstərici heç Vladimir Putinin hakimiyyətə gəldiyi ilk ildə belə qeydə alınmayıb. Qeyd etmək lazımdır ki, 2000-ci ildə sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin payı 14,7% təşkil edirdi.

Statistikaya görə, əhalinin adam başına düşən aylıq gəliri 32 854 rubl təşkil edib. Sahibkarlar isə bu dövr ərzində mənfəətlərini ən az yarısını itiriblər.

“İki həftə bundan qabaq mən orta sahibkar sayılırdım, indi isə kiçik sahibkarların siyahısına düşmüşəm”,-deyə “Anderson” uşaq kafe şəbəkəsinin meneceri Anastasiya Tatulova müəllifə danışıb. Xanım Tatulova yaranan vəziyyətlə bağlı hətta prezident Vladimir Putinə müraciət etdiyini deyir. O, özünü xilas etmək üçün öz payını bankir Aleksandr Lebedevə satmalı olub.

Yazı müəllifi koronavrusun əslində ölkədə sahibkar gəlirlərini aşağı düşməsi trendini sadəcə sürətləndiridiyini, iqtisadiyyatın ən mühüm sahələrinin tədricən dövlətin əlinə keçdiyini bildirir. Bu gün Rusiya iqtisadiyyatının 70%-i Kremlin əlində cəmləşib.

2017-ci ildə orta və kiçik biznesin ölkə ÜDM-dəki payı 22% təşkli edirdisə, 2018-ci ildə bu rəqəm 20,2%-ə düşüb. Ekspertlər 2019 və 2020-ci ilin statistikasında həmin göstəricilərin daha endiyini əminliklərini ifadə edirlər.

Politoloq İvan Preobrajenski müəlliflə söhbətində bütün bu rəqəmlər nəzərə alaraq rus sahibkarlarını “nəsli kəsilməkdə olan növ” adlandırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR