İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada naməlum şəxslərin hücumuna məruz qalmış jurnalist ölüb

1148 19.04.2017 22:10 Son xəbər A A

Rusiyada ötən ay naməlum şəxslərin hücumuna məruz qalmış jurnalist ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Novıy Peterburq” qəzetinin müxbiri Nikolay Andruşenko xəstəxanada vəfat edib.

Martın 9-da başından zədə alan N. Anduşenko bu vaxtadək komada olub. O, səhər saatlarında ölüb.

N. Andruşenko ötən əsrin 90-cı illərində Sankt-Peterburqun şəhər Şurasının deputatı olub. “Novıy Peterburq” qəzetinin həmtəsisçisi olan N. Anduşenko 2008-ci ildə ekstremizmə çağırış və hökumət nümayəndələrini təhqir etməkdə ittiham olunub. Lakin sonra cinayət işi bağlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR