İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantlara qarşı qanun: Əvvəl nikaha girib, sonra qeydiyyata düşmək qadağan olunur

1572 03.11.2023 22:41 Son xəbər A A

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlara müəyyən xidmətlərin göstərilməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qanuni qeydiyyata düşməyən miqrantlar nə avtomobili qeydiyyatdan keçirə, nə bank hesabı aça, nə də nikaha daxil ola bilməyəcəklər.

Bu barədə məlumatı "Rusiya xalqları - milli siyasət: müasir mərhələ" IV Ümumrusiya Forumunun plenar iclasında Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə baş idarəsinin rəisi Valentina Kazakova açıqlayıb: “Biz kiçik bir qanun layihəsi hazırlamışıq. Hazırda onu müzakirə edirik və düşünürəm ki, yaxın vaxtlarda sənəd Dövlət Dumasına təqdim olunacaq. Bu, qeyri-leqal miqrantlara bir sıra xidmətlərin göstərilməsinin qadağan olunmasını nəzərdə tutur: bank xidmətləri - yəni pul köçürmələri, həmçinin nəqliyyat vəsaitlərinin qeydiyyatı, nikahın və hər hansı əmlakın qeydiyyatı və sair. Əgər qeyri-leqal miqrantsınızsa, bu xidmətlərdən istifadə etmək hüququnuz olmamalıdır”.

Kazakova qeyd edib ki, bu cür tədbirlər qeyri-leqal miqrantların müəyyən edilməsinə və onların Rusiya Federasiyası ərazisindən çıxarılmasına gətirib çıxaracaq. O, həmçinin xatırladıb ki, hazırda əcnəbinin rəqəmsal profili məsələsi üzərində iş gedir, onun haqqında bütün məlumatlar ora daxil edilir və əvvəllər elektron avtorizasiya tətbiq edilib. "Yəni, miqrant Rusiya Federasiyasına daxil olmaq niyyətində olduğunu bəyan etməli olacaq. Bu, əlbəttə ki, bizdə olan neqativ halları azaldacaq", - baş idarənin rəisi qeyd edib.

Ümumilikdə, Kazakovanın sözlərinə görə, Rusiya Federasiyasında 6,4 milyon əcnəbi vətəndaş var, onların əksəriyyəti ölkəyə işləmək məqsədilə daxil olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR